10 manata yaradılan şirkət 12 milyonluq tenderi uddu
Əlillərin reabilitasiyası məqsədi ilə malların satınalınması üzrə tender yekunlaşıb.
“turaninsesi.az” elektron satınalma portalına istinadən xəbər verir ki, “Protez-ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” Publik hüquqi şəxsin elan etdiyi satınlamanın qalibi “ZN TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Protez-ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi xəstələr üçün nəqliyyat vasitələrin alınmasına görə bu şirkətə 12 milyon 371 min 549 manat 17 qəpik ödəyəcək.
Qeyd edək ki, “ZN Trade” MMC-nin nizamnamə kapitalı 10 manatdır və şirkətin qanuni təmsilçisi Nüsrəddin Kərimovdur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI