Zlatan İbrahimoviç futbol karyerasını başa vurub
“Milan” futbol komandasının 41 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç futbol karyerasını başa vurub.
“Turanın səsi ” xəbər verir ki, o, bunu İtaliya çempionatının “Milan” – “Verona” oyunundan sonra azarkeşlərlə vida mərasimində deyib.
“Futbolla vidalaşmağın vaxtıdır. Amma mən sizinlə sağollaşmıram, əziz azarkeşlər”-deyə, o bildirib.
İbrahimoviç İsveçin ən məşhur futbolçusudur. İtaliya A Seriyasının cari mövsümündə İbrahimoviç dörd matçda iştirak edib və bir qol vurub. İsveçli həm də “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında oynaması ilə də tanınır.