Zinəddin Zidan Ronaldunun yeni baş məşqçisi ola bilər
Zinəddin Zidan Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun yeni baş məşqçisi ola bilər.
“Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, Rudi Qarsiya ilə vidalaşan Ər-Riyad təmsilçisinin rəhbərliyi komandanı fransalı mütəxəssisə tapşırmaq istəyir.
İddiaya görə, danışıqlar prosesində “Əl-Nəsr”in aparıcı futbolçusu Kriştianu Ronaldu da iştirak edir. Portuqaliyalı hücumçu 51 yaşlı çalışdırıcını təklifi qəbul etməyə razı salmaq üçün çalışır.
Zidanla yanaşı, hazırda İtaliya “Roma”sına başçılıq edən Joze Mourinyonun da “Əl-Nəsr”in sükanı arxasına keçə biləcəyi istisna olunmur.