Zidana hörmətsizlik edən federasiya prezidenti istefaya göndərilib
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrey istefaya göndərilib.
“Turanın səsi ” yerli mətbuata istinadən xəbər verir ki, adı təcavüz qalmaqalında hallanan funksioner milli komandanın sabiq futbolçusu Zinəddin Zidanla bağlı fikirlərindən sonra vəzifəsindən ayrılıb.
Onu müvəqqəti olaraq vitse-prezident Filipp Diallo əvəzləyib.
Qeyd edək ki, Noel Le Qrey son açıqlamasında Zinəddin Zidanın yığmanın baş məşqçisi postuna namizəd olmadığını və mütəxəssis zəng vursa belə, ona cavab verilməyəcəyini bildirib. Dərhal tvitter səhifəsi vasitəsilə 51 yaşlı mütəxəssisə dəstək mesajı yayımlayan PSJ-nin və millinin hücumçusu Kilian Mbappe “Zidan Fransadır. Biz əfsanəyə o qədər də hörmətsiz yanaşmırıq”, – fikirlərini yazıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09