“Yuxudan oyananda “Barselona”ya qol vuracağımı bilirdim”
“Atletiko”nun hücumçusu Aleksandr Şerlöt maraqlı açıqlaması ilə diqqət çəkib.
“turaninsesi.az” xəbər verir ki, 29 yaşlı hücumçu İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Barselona”ya vurduğu qoldan danışıb. Onun 90+3-cü dəqiqədəki qolu ilə komandası məğlubiyyətdən xilas olub – 4:4.
Şerlöt isə deyib: “Barselona”ya qarşı oynayanda özümü yaxşı hiss edirəm. Səhər yuxudan oyananda bilirdim ki, “Barselona”ya qol vuracağam”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 2-də keçiriləcək.