Yeddinci liqa klubu ulduz futbolçuya təklif göndərib

0


İngiltərənin VII divizionunda çıxış edən “Eşton Yunayted” komandası “Mançester Siti”nin futbolçusu Erlinq Holanna təklif göndərib.

Turanın səsi”  klubun rəsmi saytına istinadən xəbər verir ki, aşağı liqa təmsilçisi Qətərdə keçiriləcək dünya çempionatı müddətində norveçli hücumçunu icarəyə götürmək istəyir.

“Eşton Yunayted” 28 günlük transfer üçün artıq qarşı tərəfə müraciət edib. Klub hesab edir ki, “şəhərlilər” mundial vaxtı rəsmi oyun keçirməyəcək. Norveç yığmasının da DÇ-2022-də iştirak etməyəcəyini nəzərə alan VII divizion klubu 22 yaşlı hücumçunun formada qalması üçün bu addımı atıb.

Komandanın baş məşqçisi Robins Maykl Kleqq klubun saytına müsahibəsində gənc futbolçuya kömək etmək istədiklərini bildirib: “Bu, Holannın altı həftəlik qolfundan daha faydalıdır. Düşünürük ki, o, bizim komanda üçün tam uyğun forvarddır”.

Hələlik “Mançester Siti” aşağı liqa təmsilçisinə cavab verməyib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir