Xankəndidəki tarixi oyunu Prezident başladı
Bu gün Xankəndidə tarixi qarşılaşmaya start verilib.
“Turanın səsi ” xəbər verir ki, futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində son ölkə çempionu “Qarabağ” Xankəndidə MOİK-lə üz-üzə gəlib.
Matç Azərbaycan Prezidenti İlham Əliyevin rəmzi toxunuşu ilə başlayıb. Dövlət başçısı topa toxunandan sonra meydanı tərk edib.
Hazırda davam edən “Qarabağ”- MOİK oyununu minlərlə azarkeş izləyir. Tamaşaçılar arasında Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, sənət adamları da var.