Vinisius İlin “ən yaxşı”sı seçildi
ABŞ-ın ESPN telekanalı 2024-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
“turaninsesi.az” xəbər verir ki, bu ada Braziliya millisinin və “Real”ın oyunçusu Vinisius Junior layiq görülüb.
24 yaşlı hücumçu daha əvvəl 2024-cü il “The Best” müafatının da qalibi olub.
O, “Qızıl top”un səsverməsində isə 2-ci yeri tutub.
Bu mövsüm Vinisius 20 matçda iştirak edib, 13 qol vurub və 9 qolun ötürməsini verib.