Vinisius bir jestinə görə cəzalandırıla bilər

“Real”ın futbolçusu Vinisius Juniorun “Rayo Valyekano” ilə matçdakı (3:3) jesti federasiyada araşdırılacaq.

turaninsesi.az” xəbər verir ki, görüşün final fiti çalındıqdan sonra Vinisius paltardəyişmə otağında doğru hərəkət edərkən “Rayo Valyekano” azarkeşlərinin qəzəbli şüarları ilə qarşılaşıb. Braziliyalı futbolçu isə onlara jestlə cavab verib və deyib: “Sequndaya!”

Bu hərəkəti ilə o, “Rayo Valeykano”nun ikinci liqada mübarizə aparmalı olduğunu bildirmək istəyib.

İntizam Komitəsi həm Vinisiusun davranışını, həm də “Rayo Valyekano” azarkeşlərinin ona qarşı şüarlarını araşdıracaq.