Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb
Ukraynanın “Dnepr-1” futbol klubunun ev oyunlarını keçirdiyi “Dnepr-Arena” elektron ticarət sistemi vasitəsilə hərraca çıxarılıb.
“Turanın səsi” stadionun məxsus olduğu “Privatbank”ın rəsmi saytına istinadən xəbər verir ki, lotun başlanğıc qiyməti 113 milyon qrivendən (5 205 000 manat) bir qədər çoxdur.
Auksion 2023-cü il yanvarın 12-də baş tutacaq.
Qeyd edək ki, “Dnepr-Arena” 2008-ci ildə istifadəyə verilib. Ölkənin ən böyük stadionlarından olan arena 31 000 tamaşaçı tutumuna malikdir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09