Ukrayna Rusiya Futbol İttifaqının FIFA və UEFA-dan çıxarılmasını tələb edib

Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiya Futbol İttifaqının FIFA və UEFA-ya üzvlükdən azad edilməsini istəyir.

Turanın səsi ”  UAF-ın rəsmi saytına istinadən xəbər verir ki, assosiasiya artıq bununla bağlı ali və Avropa futbol qurumlarına çağırış edib.

Qərar İcraiyyə Komitəsinin son iclasında qəbul olunub. Bu addım Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərini təmsil edən futbol klublarının yerli yarışlara inteqrasiyası ilə əlaqədar atılıb.

Daha əvvəl UEFA Krım klublarının Rusiya Futbol İttifaqının keçirdiyi turnirlərdə iştirakına qadağa qoyub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir