UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər

İtaliyanın “Yuventus”u avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.

Turanın səsi ” xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Nəşrin mənbəsinin məlumatına görə, UEFA komandanın fəaliyyətini bir il və ya daha çox müddətə dayandıra bilər. Qeyd olunub ki, qurumda “Yuventus”un Superliqa layihəsindən əl çəkməməsindən narazıdır.

Bundan başqa, turinlilərin rəhbərləri UEFA-nın sədri Aleksander Çeferinlə əlaqə saxlamırlar. Həmçinin təşkilat kapitalın qondarma artımı və maaşlarda fırıldaqçılıq hallarına və maliyyə feyr-pleyinə riayətetmə problemlərinə diqqət yetirir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir