UEFA Millətlər Liqasında “Dördlər finalı”na start verilir

Bu gün UEFA Millətlər Liqasında “Dördlər finalı”na start veriləcək.

Turanın səsi ” in məlumatına görə, ilk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkəcək. Rotterdamdakı “Feyenoord Stadionu”nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qarşılaşmanı Rumıniya Futbol Federasiyasından İştvan Kovaç idarə edəcək.

Digər yarımfinal matçı iyunun 15-də İspaniya və İtaliya seçmələri arasında olacaq.

UEFA Millətlər Liqası
“Dördlər finalı”
Yarımfinal
14 iyun

22:45. Niderland – Xorvatiya
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, “Feyenoord Stadionu”

Qeyd edək ki, “Dördlər finalı”nda həlledici oyun iyunun 18-də keçiriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir