UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulur

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Turanın səsi “in məlumatına görə, cavab oyunlarından sonra yarımfinalın iştirakçıları müəyyənləşəcək. Görüşlərdən ikisi Bakı vaxtı ilə saat 20:45-də, digər ikisi isə saat 23:00-da başlayacaq.

“Fiorentina” ilk matçda darmadağın etdiyi Polşa “Lex”i ilə bu dəfə İtaliyada qarşılaşacaq. “AZ Alkmaar” isə Belçikada “Anderlext”ə 0:2 hesablı məğlubiyyətin əvəzini Niderlandda çıxmağa çalışacaq.

Pley-offda “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belçika “Gent”i İngiltərədə “Vest Hem”in qonağı olacaq. “Nitsa” isə Fransada İsveçrə “Bazel”i ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Konfrans Liqası
1/4 final
13 aprel

20:45. “Fiorentina” (İtaliya) – “Lex” (Polşa)
İlk oyun – 4:1

20:45. “AZ Alkmaar” (Niderland) – “Anderlext” (Belçika)
İlk oyun – 0:2

23:00. “Vest Hem” (İngiltərə) – “Gent” (Belçika)
İlk oyun – 1:1

23:00. “Nitsa” (Fransa) – “Bazel” (İsveçrə)
İlk oyun – 2:2.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir