UEFA İstanbulda nümayəndəlik açır

Aprelin 24-də İstanbul şəhərində UEFA nümayəndəliyinin açılışı olacaq.

turaninsesi.az” xəbər verir ki, tədbir Rəcəb Tayyib Ərdoğanın şəxsən iştirakı ilə baş tutacaq.

Açılışa 55 ölkənin futbol federasiyalarının rəhbərləri dəvət olunub. Bir gün əvvəl – aprelin 23-də Çırağan Sarayında qonaqlar üçün VİP qəbul təşkil olunacaq.

İstanbul London və Brüsseldən sonra UEFA-nın mənzil-qərargahına ev sahibliyi edən üçüncü şəhər kimi tarixə düşəcək.

Türkiyə tezliklə FİFA-nın ofisinə də ev sahibliyi edə bilər.