UEFA Çempionlar Liqası: “Real” “Bavariya” üzərində əzmkar qələbə qazanaraq finala çıxıb

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

Turanın səsi ” xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Real” (Madrid) doğma meydanda Almaniyanın “Bavariya” klubunu qəbul edib.

Görüş “Kral klubu”nun qələbəsi ilə başa çatıb – 2:1.

Qarşılaşmada hesabı qonaqlar açıblar. 68-ci dəqiqədə Alfonso Devis fərqlənib. Matçın son anlarında isə meydan sahibləri oyunun axarını dəyişiblər. 88 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla dubl edən Xoselu komandasını finala daşıyıb.

Münhendəki ilk matçda heç-heçə (2:2) qeydə alınmışdı.

Qeyd edək ki, Karlo Ançelottinin komandası finalda Almaniyanın “Borussiya” (Dortmund) kollektivinə rəqib olub

Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir