UEFA Çempionlar Liqası: “Qalatasaray” “Yuventus” üzərində böyükhesablı qələbə qazandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına start verilib.

turaninsesi.az ” xəbər verir ki, bu mərhələnin ilk qarşılaşması “Qalatasaray” doğma meydanda “Yuventus”la qarşılaşıb.

Görüşün ilk hissəsi Turin təmsilçisinin 1:2 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə isə Okan Burukun yetirmələri rəqib qapısından dörd qol keçirərək yekun hesabı müəyyənləşdiriblər – 5:2.

Qeyd edək ki, Xuan David Kabal 67-ci dəqiqədə ikinsi sarı vərəqəni alaraq “Yuventus”u azlıqda qoyub

Tərəflər arasında cavab görüşü fevralın 25-də keçiriləcək.

Arzu Paşaqızı