UEFA Avropa Liqası: “Qarabağ” Bakıda “Malmö”yə uduzdu
“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
“turaninsesi.az” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveç “Malmö”sünü qəbul edib.
Qarşılaşmanın 15-ci dəqiqəsində Juniniyonun qolu ilə “Qarabağ” hesabı açsa da, rəqib oyunda dönüş edə bilib. “Malmö”nün 2 qol vurmasına mane ola bilməyən “Qarabağ” futbolçuları xeyli çalışsalar da, hesabı bərabərləşdirə bilməyiblər. Belədə rəqib Bakıdan 3 xalla qayıdıb – 2:1.
Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın “Ayaks” komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.