UEFA Avropa Liqası: “Fənərbağça” “Anderlext”i darmadağın etdi

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk görüşləri keçirilir.

turaninsesi.az” xəbər verir ki, Türkiyənin “Fənərbağça” və Belçikanın “Anderlext” klubları üz-üzə gəliblər.

“Fənərbağça” doğma meydanda 3 cavabsız qolla rəqibini darmadağın edib.

Bakı vaxtı ilə saat 21:45-də start götürən digər qarşılaşmalar aşağıdakı nəticələrlə bitib:

“Ferentsvaroş” – “Viktoria Plzen” – 1:0;

“Midtyulland” – “Real Sosyedad” – 1:2;

“Royal Union” – “Ayaks” – 0:2.

Qeyd edək ki, cavab görüşləri fevral ayının 20-də keçiriləcək.