Türkiyəli azarkeşlər Ermənistan yığması ilə səfər oyununa buraxılmayacaqlar
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/20230306_212751.jpg)
Türkiyəli futbol azarkeşləri AVRO-2024-ün seçmə mərhələsində milli komandalarının Ermənistan yığması ilə səfərdə keçirəcəyi oyuna buraxılmayacaqlar.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, UEFA-nın xüsusi qərarına əsasən, martın 25-də I tur çərçivəsində “Vazqen Sarkisyan” stadionunda baş tutacaq qarşılaşmada qonaq komanda azarkeş dəstəyi olmadan çıxış edəcək.
Qeyd edək ki, bu komandalar arasında Türkiyədəki oyun sentyabrın 8-də olacaq.