Türkiyə Superliqası: “Qalatasaray” xal itirdi

Türkiyə Superliqasının 20-ci turunun açılış matçı keçirilib.

turaninsesi.az” xəbər verir ki, lider “Qalatasaray” audsayderlər qrupunda yer alan “Hatayspor”un qonağı olub. 

Gərgir mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib – 1:1.

“Hatayspor”un qolu 28-ci dəqiqədə Cemali Serteldən gəlib. “Qalatasaray”ın qolunu 56-cı dəqiqədə Viktor Osimhen penaltidən vurub.

Bu nəticədən sonra lider “Qalatasaray” xalların 51-ə, “Hatayspor” isə 10-a yüksəldib.