Türkiyə Superliqası: “Qalatasaray” derbidən qalib ayrılıb

0

Türkiyə Superliqasının 11-ci turunda Beyoğlu derbisi baş tutub. “Qalatasaray” öz meydanında “Kasımpaşa”nı minimal hesabla məğlub edib.

Turanın səsi ” xəbər verir ki, Ali Sami Yen Stadionunda keçirilən matç afrikalı Vilfrid Zahanın dublu ilə yadda qalıb.

Belə ki, 33-cü dəqiqədə “Qalatasaray” Zahanın sayəsində bərabərliyi pozub. Birinci hissədə başqa qol olmayıb. 51-ci dəqiqədə “sarı-qırmızılar” fərqi artırıblar: Zaha növbəti qola imza atıb. Cəmi 3 dəqiqə sonra “Kasımpaşa” “Qalatasaray”ın üstünlüyünü azaltsa da, matçda başqa qol olmayıb. Beləliklə, Beyoğlu derbisi “Cim-Bom”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 11 oyundan sonra “Qalatasaray” ən azı müvəqqəti də olsa, turnir cədvəlinin zirvəsinə yüksəlib. “Sarı-qırmızılar”ın hesabında 31 xal var. Onların ən yaxın təqibçisi 1 xal fərqlə “Fənərbağça”dır, lakin “Cim-Bom”un əzəli rəqibinin ehtiyatında bir oyun var. “Kasımpaşa” isə 11 oyundan sonra 18 xalla 5-ci pillədə qalıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir