Türkiyə Superkuboku: “Qalatasaray” – “Fənərbağça” oyununun hakimləri bəlli olub

“Qalatasaray” və “Fənərbağça” komandaları arasında keçiriləcək Türkiyə Superkuboku matçını idarə edəcək hakim müəyyənləşib.

Turanın səsi ” yerli mətbuata istinadən xəbər verir ki, qarşılaşma Abdulkadir Bitigenə tapşırılıb. Ona Erdem Bayık və Mustafa Savranlar kömək göstərəcək. Dördüncü hakim funksiyasını Volkan Bayarslan yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 29-da Səudiyyə Ərəbistanında gerçəkləşəcək “Qalatasaray” – “Fənərbağça” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir