Türkiyə millisinin baş məşqçisi istefaya göndərilə bilər


Türkiyə millisi baş məşqçisi Ştefan Kuntsla yollarını ayıra bilər.

turanın səsi ” yerli mətbuata istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssisin taleyi AVRO-2024-ün seçmə mərhələsində Latviya və Uels ilə oyunlardan asılı olacaq.

Bu iki qarşılaşmadan birində xal itiriləcəyi təqdirdə almaniyalı baş məşqçi istefaya göndəriləcək.

Qeyd edək ki, Ştefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisində işləyir. İyunun 16-da Latviyanın qonağı olacaq “ay-ulduzlular” üç gün sonra Uelsi qəbul edəcək. Komanda seçmə mərhələnin I turunda Ermənistanı 2:1 hesabı ilə məğlub edib, növbəti görüşdə Xorvatiyaya uduzub – 0:2. Yığma D qrupunda 3 xalla 3-cü pillədə qərarlaşıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir