Türkiyə millisinin baş məşqçisi: “Abdülkerimin “Qarabağ”la matçda oynamasına təəccübləndim”

“Abdülkerimin “Qarabağ”la matçda oynamasına təəccübləndim”.

Turanın səsi ”  xəbər verir ki, bunu Türkiyə yığmasının baş məşqçisi Ştefan Kuntz səhhətindəki problemə görə heyətdən kənarlaşdırılan Abdülkerim Bardakçının “Qalatasaray”ın heyətində “Qarabağ”la xeyriyyə matçının ikinci hissəsində meydana çıxmasına münasibət bildirərkən deyib.

Almaniyalı mütəxəssis 29 yaşlı mərkəz müdafiəçisinin başağrısına görə yığmanın düşərgəsini tərk etdiyini söyləyib: “Bazar günü hazırlıq üçün toplandıq, dörd günlük dönəmin üç gününü Abdülkerim xəstəxanada keçirdi. Həkimin raportunda yazılmışdı ki, futbolçu bir az dincəlməli və iki həftəlik müayinə dönəmi keçməlidir. Biz onu riskə atmaq istəmədik. Ancaq əgər oynamağa hazır idisə, bura gəlməsi bizim üçün daha yaxşı olardı”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Qalataaray” oyunu ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Ermənistan üzərində səfər qələbəsi qazanan Türkiyə yığması (2:1) martın 28-də Xorvatiyanı qəbul edəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir