Türkiyə Kuboku: “Qalatasaray” səfərdə “Fənərbağça”nı məğlub etdi

Türkiyə Kubokunun 1/4 final mərhələsində İstanbul derbisi baş tutub.
“turaninsesi.az” xəbər verir ki, “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib.
Oyun “Cim-bom”un qələbəsi ilə yekunlaşıb. Osimhenin dublu “Qalatasaray”ı yarımfinala çıxarıb – 1:2.
Qeyd edək ki, “Qalatasaray”ın yarımfinaldakı rəqibi “Konyaspor” olacaq. Digər yarımfinalçı “Trabzonspor” isə sabah oynanılacaq “Beşiktaş” – “Göztepe” matçının qalibi ilə qarşılaşacaq.