Türkiyə Kuboku: “Qalatasaray” “Başakşehir”lə bacarmadı

Türkiyə Kuboku çərçivəsində C qrupunda oyunlara start verilib.

turaninsesi.az” xəbər verir ki, ilk qarşılaşmada “Eyupspor” “Boluspor”a minimal hesabla qalib gəlib – 1:0.

Qrupun mərkəzi matçında isə turnirin ən çox qalibi olmuş (18 dəfə) “Qalatasaray” “Başakşehir”i qəbul edib.

Oyun heç-heçə başa çatıb – 2:2. Matçın son dəqiqələrində “Qalatasaray” 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, C qrupunda “Konyaspor” və “Çorum” kollektivləri də yer alır.