Türkiyə klubu Mahir Emrelini heyətinə qatmaq istəyir

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən Türkiyə Super Liqasında çıxış edə bilər.

Turanın səsi ” “Fotomac”a istinadən xəbər verir ki, “Adana Demirspor” 26 yaşlı hücumçu ilə maraqlanır.

Qeyd edək ki, Mahir Emreli ötən mövsüm icarə əsasında Türkiyədə “Konyaspor”un formasını geyinib. Forvard 12 oyunda 2 qolla yadda qalıb. Oyunçunun Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir