Türkiyə klubu Konfrans liqasında ilk qələbəsini qazandı
İstanbulun “Başakşehir” klubu UEFA Konfrans Liqasının 5-ci turunda Almaniyanın “Haydenhaym” komandasını qəbul edib. Qarşılaşmadan 3-1 hesablı qələbə ilə ayrılan istanbullular turnirdəki ilk qələbəsini qazanıb.
“turaninsesi.az” xəbər verir ki, meydan sahiblərinin qollarını 6-cı dəqiqədə Dəniz Türüç, 18-ci dəqiqədə Migel Qrespo və 68-də Piatek vurub. Qonaqların yeganə qolu isə Matias Honzakdan gəlib.
Bu nəticə ilə “Başakşehir” xallarının sayını 5-ə yüksəldib. “Haydenhaym” isə 9 xalda qalıb.