Türkiyə klubu Avropa rekorduna imza atdı

Türkiyənin “Trabzonspor” klubu Avropa rekorduna imza .

turaninsesi.az” xəbər verir ki, qaradənizlilər UEFA Gənclər Liqasında ən çox azarkeş toplayan komanda olublar.

“Trabzonspor”un U-19 komandası 1/4 finalın ilk oyununda Milan “İnter”i ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Oyunda 41 min tamaşaçı tutan “Papara Park” arena tam dolub.  Bu, Gənclər Liqası üçün ən yüksək göstəricidir.

Əvvəlki rekord “Krasnodar”a məxsus idi. Rusiya təmsilçisinin 2017/18 mövsümünün “Real”la matçında 32 min 510 azarkeş qeydə alınıb.