Türkiyə darmadağınla QƏLƏBƏ QAZANDI

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün daha 8 oyun baş tutub.

turaninsesi.az ” xəbər verir ki, Türkiyə millisi səfərdə Bolqarıstana böyük hesabla qalib gəlib.

İspaniya yığması evdə Gürcüstan üzərində inamlı qələbə qazanıb. Portuqaliya yığması İrlandiyanı, İtaliya millisi isə Estoniyanı məğlub edib. 

E qrupu

Bolqarıstan – Türkiyə 1:6

Qollar: Kirilov, 13 – A.Gülər, 11. Popov, 49-öz qapısına. K.Yıldız, 51; 56. Z.Çelik, 65. İ.C.Kahveci, 90+3.

İspaniya – Gürcüstan 2:0

Qollar: Pino, 24. Oyarsabal, 64.

Xal: İspaniya – 9. Türkiyə – 6. Gürcüstan – 3. Bolqarıstan – 0.

F qrupu

Macarıstan – Ermənistan 2:0

Qollar: Lukaçs, 56. Qruber, 90+4.

Portuqaliya – İrlandiya 1:0

Qol: R.Neves, 90+1.

Xal: Portuqaliya – 9. Macarıstan – 4. Ermənistan – 3. İrlandiya – 1.

I qrupu

Norveç – İsrail 5:0

Qollar: Xalaili, 18-öz qapısına. Haland, 27; 63; 72. Naxmias, 28-öz qapısına. 

Estoniya – İtaliya 1:3

Qollar: Sappinen, 76 – M.Kin, 4. Reteqi, 38. Espozito, 74.

Xal: Norveç – 18. İtaliya – 12. İsrail – 9. Estoniya – 3. Moldova – 0.

K qrupu

Latviya – Andorra 2:2

Qollar: Zelenkov, 41. Qutkoviç, 55-pen – San Nikolas, 33. İ.Oliveyra, 78.

Serbiya – Albaniya 0:1

Qol: Manay, 45+1.

Xal: İngiltərə – 15. Albaniya – 11. Serbiya – 7. Latviya – 5. Andorra – 1.