Türk klubu De Brüyneyə həftəlik 250 min təklif edir

“Fənərnaxça” “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne ilə danışıqları davam etdirir.

turaninsesi.az” The Mirror-a istinadla xəbər verir ki, İstanbul təmsilçisi belçikalı futbolçuya yüksək ödəniş etməyə də hazırdır.

Türkiyə klubu 33 yaşlı futbolçuya həftəlik 250 min funt-sterlinq (təqribən 301 min avro) maaş verməyə razıdır.

“Mançester Siti” isə De Brüyne ilə 2025-ci ilin iyununda başa çatacaq müqaviləni daha bir il müddətinə artırmaq istəyir. Lakin bunun üçün futbolçu da mövsümün sonuna qədər yüksək oyun keyfiyyəti nümayiş etdirməlidir.

De Brüyne ilə “Fənərbaxça”dan başqa, ABŞ və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.