Türk futbolçudan onu “heyvan” adlandıran həmkarına cavab

“Mançester Yunayted”in futbolçuları Rasmus Hojlundla komandanın türk futbolçusu Altay Bayandır arasında zarafatyana söz atışması olub.

turaninsesi.az” xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın “Arsenal”a qarşı matçından sonra baş verib. 

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penatilərlər seriyasında “Mançester Yunayted” 5:3 hesabı ilə qalib gələrək mərhələ adlayıb.

Türk qapıçı matçın qəhrəmanı olub. O, 61-ci dəqiqədə penalti dəf edib. Penaltilər seriyasında isə Altay Bayandır daha bir zərbəni dəf edib.

Oyundan sonra danimarkalı Rasmus Hojlund sosial media hesabında zarafatla belə bir paylaşım edib: “Beast ” sözünün türkcəyə tərcüməsinin “heyvan” demək olduğunu öyrəndim. Bu səbəbdən sadəcə bir paylaşım etmək mümkündür: matçın heyvanı ilə tanış olun”.

Altay Bayındır isə Rasmus Hojlund “My heyvan” cavabını yazıb.

Futbolçular arasında bu söz atışması sosial mediasda viral olub.