TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib
Türkiyə Futbol Federasiyası (TFF) Super Liqanın XVI turunda keçirilən “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib.
“Turanın səsi” in qurumun saytına istinadən məlumatına görə, İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğu etiraf edilib.
Matçın 49-cu dəqiqəsində sivaslıların vurduğu top VAR-a baxıldıqdan sonra ləğv olunsa da, federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini açıqlayıb.
TFF, həmçinin, 1:1 hesabı ilə başa çatan XV turun “Qaziantep” – “Beşiktaş” qarşılaşmasının 25-ci dəqiqəsində rəqibi başla vuran ikincilərin futbolçusu Corc-Kevin Nkuduya qırmızı deyil, sarı vərəqə göstərilməsinin yanlış qərar olduğunu bəyan edib.
Hər iki görüşün referiləri Hakimlər Komitəsi tərəfindən cəzalandırılacaq.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09