Terimdən sürpriz imza – Ulduzlardan ibarət heyətə rəhbərlik edəcək 

Türkiyəli məşqçi Fatih Terimin Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasına başçılıq edəcəyi iddia edilib.

Turanın səsi ” Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflərin ilkin danışıqlar apardığı deyilir. Fatih Terimin Səudiyyə klubuna razılıq verdiyi irəli sürülür. Rəsmi danışıqlar hələlik aparılmayıb. 

Qeyd edək ki, Fatih Terimin sonuncu iş yeri “Panatinaikos” olub. “Panatinaikos”la çempion ola bilməyən Terim klubdan ayrılıb. “Panatinaikos” Fatih Terimin rəhbərliyi altında keçirdiyi 26 matçda 13 qələbə, 6 heç-heçə və 7 məğlubiyyət əldə edib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir