“Sumqayıt” “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq – İspaniyadadır

“Sumqayıt” komandası “Qarabağ”a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXII turunun oyununa baş məşqçisiz çıxacaq.

Turanın səsi ” xəbər verir ki , bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda İspaniyada təcrübə keçən Samir Abasov sözügedən qarşılaşmada texniki zonada yer almayacaq.

Qeyd edək ki, aprelin 28-də reallaşacaq “Sumqayıt” – “Qarabağ” matçı saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Samir Abasov “Barselona” klubunun düşərgəsinə yollanıb. O burada təcrübə keçəcək. 

Gənc mütəxəssis kataloniya klubunun düşərgəsinə yollanmamışdan öncə “Real” və “Barselona” (3:2) keçirilən “El Klasiko”nu izləyib. 

S.Abasov təcrübə müddətinin sonunda “Barselona”nın baş məşqçisi Xavi Ernandezlə görüşəcək. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir