“Siti” futbolçusu arvadını döyüb – Boynuna almır
“Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Coi Barton arvadına qarşı zorakılıqda təqsirli bilinib.
“turaninsesi.az” BBC-yə istinadla xəbər verir ki, 42 yaşlı keçmiş futbolçu spirtli içkinin təsiri altında olub.
Hadisə 2021-ci ildə baş verib. Barton Londonun cənub-qərbindəki evlərinin qarşısında arvadının boğazından tutaraq başına vurub. Qadın mübahisə nəticəsində təsadüfən xəsarət alıb.
Vestminster məhkəməsi Bartonu təqsirkar sayıb. Qərara baxmayaraq, futbolçu öz təqsirini inkar edir.