“Sabah”ın Konfrans Liqasındakı rəqibi müəyyənləşdi

“Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub. 

 “turaninsesi.az” xəbər verir ki, bu, İrlandiyanın “Sent-Patriks Atletik” klubudur. 

Dublin təmsilçisi ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi Lixtenşteynin “Vaduz” klubu ilə bugünkü cavab matçında heç-heçə edib – 2:2. Bununla da komanda iki oyunun nəticəsinə görə 3-cü mərhələyə adlayıb.

Qeyd edək ki, “Sabah” 3-cü təsnifat mərhələsində ilk oyununu avqustun 8-də səfərdə, cavab matçını isə ayın 15-də evdə keçirəcək. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir