“Sabah” və “Zirə”nin potensial rəqibləri məlum oldu
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
“turaninsesi.az” xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə Azərbaycan təmsilçilərinin cütlərinin potensial rəqibləri də müəyyənləşib.
“Zirə” (Azərbaycan) – “Osiyek” (Xorvatiya) və “Sabah” (Azərbaycan) – “Sent-Patriks Atletik” (İrlandiya) cütləri səpələnməmişlər səbətində yer alıb.
“Zirə” (Azərbaycan) – “Osiyek” (Xorvatiya) cütünün qalibi “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
“Sabah” (Azərbaycan) – “Sent-Patriks Atletik” (İrlandiya) cütünün qalibi isə “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
KL-də pley-off matçları 22 avqust və 29 avqusta təyin edilib.
Qeyd edək ki, “Zirə” və “Sabah” 3-cü təsnifat mərhələsindəki ilk oyunlarını isə avqustun 8-də səfərdə, cavab görüşlərini avqustun 15-də evdə keçirəcəklər.