“Sabah” – “Beşiktaş” oyununda ikinci hissə başlayıb -YENİLƏNİB – 4

0

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında baş tutan xeyriyyə oyununda ikinci hissə başlayıb. 

Turanın səsi ” xəbər verir ki, hazırda hesab bərabərdir – 2:2. 

18:48

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

Turanın səsi ” xəbər verir ki, 44-cü dəqiqədə İstanbul təmsilçisi hesabı bərabərləşdirib – 2:2. 

Umut Meraş özünün və komandasının ikinci qoluna imza atıb. 41-ci dəqiqədə “Sabah”ın heyətində Coy Lens Mikels penaltidən yararlana bilməyib. 

Görüşdə ilk hissə başa çatıb. 

18:27

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

Turanın səsi ” xəbər verir ki, 23-cü dəqiqədə İstanbul təmsilçisi fərqi azaldıb. 

23-cü dəqiqədə Umut Meraş fərqlənib. 

Hazırda “Sabah” öndədir – 2:1.

18:08

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında baş tutan xeyriyyə oyununda erkən qollar vurulub.

Turanın səsi ” xəbər verir ki, Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib.

3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib. 

18:00

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında keçirilən xeyriyyə oyunu başlayıb.

Turanın səsi ” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 18:00-da start götürüb.

Matçı Tural Qurbanov idarə edir.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir