“Sabah” 344 gündən sonra öz meydanında məğlub olub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/02/20230220_114650.jpg)
“Sabah” Azərbaycan Premyer Liqasında 344 gündən sonra ilk dəfə öz meydanında məğlub olub.
“Turanın səsi ” xəbər verir ki, bu, XXIII turda “Turan Tovuz”la oyuna təsadüf edib.
Paytaxt təmsilçisi buna qədər son ev məğlubiyyətini 2022-ci il martın 12-də “Qarabağ”dan (0:1) alıb. Ardınca 15 ev görüşündə uduzmayan paytaxt komandası 11 dəfə qalib gəlib, 4 dəfə sülhlə kifayətlənib.
“Turan Tovuz”la qarşılaşmadakı 0:2 hesabı Bakı klubunun həm də ümumi məğlubiyyətsizliyinə son qoyub. 2022-ci il sentyabrın 11-də “Qarabağ”la səfər matçında 3:4 hesabı ilə uduzan Murad Musayevin kollektivi ardıcıl 16 oyunda məğlubiyyətlə üzləşməyib. 161 gündən sonra xalsız qalan bakılılar bu müddətdə 12 qələbə qazanıb, 4 heç-heçə ediblər.
“Turan Tovuz”a məğlubiyyət həm də Premyer Liqada 50-ci olub. Yüksək dəstədə 5-ci mövsümünü keçirən “Sabah” 127-ci görüşdə yenilgi sayında “100”ü yarılayıb. Məğlubiyyətlərin 26-sı evdə, 24-ü səfərdə qeydə alınıb.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI