Səudiyyə Ərəbistanı Messiyə Ronaldudan iki dəfə çox pul ödəməyə hazırdır
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230504_080959.jpg)
Səudiyyə Ərəbistanı hökuməti Fransanın PSJ komandaıs və Argentina millisinin futbolçusu Lionel Messiyə müqavilə təklifi etməyə hazırdır.
Bu barədə “turanın səsi ” “The Telegraph”a istinadən xəbər verir.
Qeyd edilir ki, 35 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının klublarından birinə keçsə, ildə 400 milyon avro (320 milyon funt-sterlinq) maaş ala biləcək. “Əl-Nəsr”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldu 165 milyon funt-sterlinq qazanır.
Məlumata görə, yaxın vaxtlarda Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələri Messinin atası ilə danışıqlar aparacaq.