Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Real Madrid”ə qayıtmaq istəyir.
“Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Tomas Qonzales məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madrid klubuna qayıtmaq üçün 37 yaşlı hücumçu minimum əməkhaqqına belə razıdır.
Xatırladaq ki, daha öncə forvardın “Real Madrid”in bazasında məşq etdiyi bildirilmişdi.
Qeyd edək ki, Kriştianu Ronaldu 2009 – 2018-ci illərdə “Real Madrid”inin şərəfini qoruyub. Təcrübəli futbolçunun son klubu isə İngiltərə “Mançester Yunayted”i olub. O, Qətərdə keçirilən dünya çempionatının startından öncə “qırmızı şeytanlar”la yollarını ayırıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09