Ronaldu növbəti dəfə dünya futbolunun tarixinə düşüb

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu növbəti dəfə dünya futbolunun tarixinə düşüb.

Turanın səsi ” xəbər verir ki, 38 yaşlı forvard yığmada 200 matç keçirən ilk oyunçu olub.

Təcrübəli hücumçu bunu səfərdə İslandiya ilə AVRO-2024-ün seçmə mərhələ görüşündə meydana çıxmaqla bacarıb.

Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya millisində 2003-cü ildə debüt edib. Yığmanın heyətində 122 qol vuran futbolçu Avropa çempionatının qalibi (2016) və Millətlər Liqasının qalibi (2018/2019) olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir