Ronaldu: “Mən rekordların arxasınca getmirəm, onlar məni izləyirlər”


“Mən rekordlar arxasınca getmirəm, onlar məni izləyirlər”.

Turanın səsi ” xarici mətbuata istinadən xəbər verir ki, bunu Portuqaliyanın futbol üzrə millisinin kapitanı Kriştianu Ronaldu şəxsi rekordlarından danışarkən deyib.

O, millinin heyətində 199 oyun keçirib və 122 qola imza atıb.

“Mən millidəki qol və matç rekordlarına sahib olduğumu bilirəm. Bilirəm ki, onlardan çoxu məndə var, amma rekordlar arxasınca getmirəm, rekordlar məni təqib edir.

Xoşbəxtəm, bu, ən yüksək səviyyədə oynamaq üçün motivasiyadır. Mən hələ də çoxlu rekordlar qoymuşam və Portuqaliya ilə tarix yazmaq arzusundayam. Ümid edirəm ki, daha bir neçə titul qazana bilərik”, – “Əl-Nasr”ın hücumçusu deyib.

Ronaldu Səudiyyə Ərəbistanı Premyer Liqasının 2022/2023 mövsümündə 16 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir