Ronaldonun komandası Tehrana getməkdən imtina etdi
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun Asiya Çempionlar Liqasında “İstiqlal”la (İran) oyununun yeri dəyişdiriləcək.
“turaninsesi.az” xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr” Yaxın Şərqdəki münaqişəyə görə İranın paytaxtı Tehrana getməkdən imtina edib. Matçın oktyabrın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi gözlənilir.
Xatırldaq ki, bundan əvvəl Hindistanın “Mohun Baqan” klubu “Traktor”la Təbrizdə keçirilməli olan səfər matçına getmədiyi üçün Çempionlar Liqasından kənarlaşdırılıb.