Ronaldodan yeni rekord

Kristiano Ronaldo karyerası ərzində 900 qol vuran ilk futbolçu olub.

turaninsesi.az” xəbər verir ki, portuqaliyalı ulduz bu nailiyyəti UEFA Millətlər Liqası çərçivəsində Xorvatiya yığmasına qarşı oyunda əldə edib. O, komandasının ikinci qolunun müəllifi olub.

Ronaldo qol sevinci zamanı diz çökərək ağlayıb. 

Qeyd edək ki, Ronaldo indiyədək “Real Madrid”də 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Sportinq”də 5, “Əl-Nəsr”də 68, milli komandada isə 131 dəfə fərqlənib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir