Ronaldo otelinin qapılarını zəlzələdən zərər çəkənlərə açdı

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Mərakeşdə yerləşən oteli ölkədə baş verən zəlzələdən zərər çəkənləri pulsuz qəbul edib.

 “Turanın səsi ” “Marca”ya istinadla xəbər verir ki, 38 yaşlı forvardın “Pestana CR7 Marrakech” otelinin Mərakeşdə yerləşdiyi və 4 ulduz reytinqinə malik olduğu bildirilir.

Oteldə fitness mərkəzi, restoran və açıq hovuz da var. Otel ötən gün baş vermiş güclü zəlzələdən sonra zərər çəkənləri pulsuz qəbul edib.

Xatırladaq ki, Mərakeşdə dağıdıcı zəlzələ nəticəsində 2000-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir