“Real” son dəqiqədə sevindi

İspaniya La Liqasının 32-ci turunda “Real Madrid” doğma divarlar arasında “Atletik Bilbao”nu qonaq qəbul edib. “Kral klubu” baskları çətinliklə də olsa məğlub etməyi bacarıb.
“turaninsesi.az” xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən matçda qol səs ancaq əlavə olunmuş 3-cü dəqiqədə gəlib. “Real”ın heyətində Federiko Valverde 90+3-də baxımlı qolla qələbəni meydan sahiblərinə qazandırıb.
Bu nəticə ilə “Real Madrid” xallarının sayını 69-a yüksəldib və lider “Barselona” 4 xal gerisində 2-ci pillədə qərarlaşıb. “Atletik Bilbao” isə 57 xalla 4-cüdür.