“Real Madrid” yoldaşlıq görüşündə “Milan” üzərində əzmkar qələbə qazanıb

ABŞ-nin Los-Anceles şəhərindəki “Rouz Boul Stadium” stadionunda İspaniyanın “Real Madrid” və İtaliyanın “Milan” klubları arasında yoldaşlıq görüşü keçirilib.

Turanın səsi ” xəbər verir ki, matç İspaniya təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb.

Matçın birinci İtaliya komandası 2:0 hesabı ilə irəli düşüb. Belə ki, Fikayo Tomori (25-ci dəqiqə) və Luka Romero (42) fərqləniblər. İlk hissədəki inamlı hesaba baxmayaraq, “qırmızı-qaralar” üstünlüyünü qoruya bilməyib. Kral klubunun uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde 2 dəqiqə içində dubla (57, 59) və Vinisius (84) 1 qola imza atıblar.

Beləliklə, yoldaşlıq görüşü “Real Madrid”in “Milan” üzərində 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb.

Madrid klubunun yeni transferi türkiyəli Arda Gülər ehtiyatda qalıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir